Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili rusiyalı müxalif siyasətçi Mariya Qaydarın təyinatını şərh edərkən qeyd edib ki, Rusiya prezidentinə qarşı çıxış edəm hər kəslə çalışmağa hazırdır.
“Putinə silahlı müqaviməti ilk dəfə mən göstərmişəm, buna görə o indiyədək açıq-aşkar məni öldürməklə təhdid edir. Ukraynanın ərazi bütövlüyünə ikili mövqeyi olan şəxs mənimlə heç vaxt çalışa bilməz. Əksinə, Putinin əleyhinə nə varsa Ukraynanın xeyrinədir və bizim qələbəmizi yaxınlaşdırır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Saakaşvili Facebook səhifəsində Ukrayna və rus dilində bölüşüb.
Qeyd edək ki, ötən gün Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Mariya Qaydarı özünə sosial sahə üzrə müavin təyin edib.