22 İyul 2015 23:36
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ətrafımızda sevdiyimiz çox insan var. Amma etiraf edək ki, sevmədiyimiz daha doğrusu sevə bilmədiyimiz insan tipləri də var. Sevməməyimizə səbəb isə, bəzi xüsusiyyətləridir. Sizə ən sevilməyən insan tiplərini təqdim edirik:

1. Sadəcə mən, mən, mən.. Söz sırası onlara gəldiyində sadəcə özlərindən danışmaqla qalmayıb, sözünüzü kəsən və sonra şəxsi dərdlərini danışmağa başlayanlar.. Dünyanın öz ətrafında fırlandığını düşünənlər.

2. Həmişə eyni lətifə. Daha çox köhnə dostlar içindən çıxar. Bir lətifəyə bir dəfə gülündü deyə hər görüşdə eyni lətifəni danışarlar. Sadəcə bu belə dostluğunuza yenidən nəzər salmaq üçün bir səbəbdir.

3. Telefon bağımlıları: Siz qarşısında hərarətli bir şey danışırsınız, onun gözü isə əlindəki telefondan başqa heç nə görmür. Aydın olur ki, mesajlarına baxır, amma bunu bildirməmək üçün sizə qulaq asırmış kimi "hı hı" edərək başını tərpədir.

4. Məcburi insanlar.. Aranızda yaxınlıq olduğuna ya da bunu eləməyə haqqı olduğunu düşünən insanlar. Xəbər vermədən evə gələr, soruşmadan sizin adınıza qərar alarllar. Sanki boğulmaq istəyirlər.

5. Yeməyinizdən yeyənlər. Sizin boşqabınızdakı həmişə gözlərinə daha ləzzətli görünər. "Al hamısını, sənin olsun" deyərsən, amma istəməzlər. Başqasının yeməyindən bi qaşıq, bir
dişlək almaq onlara başqa bir zövq verər.

6. Yüksək səslə danışanlar. Heç lazım deyilkən yüksək səslə danışan bir model var. Artıq o səs tonu onlara normal gəlməyə başlamışdır. Baş şişirərlər, həyatdan bezdirərlər. Bir də gülərlərsə, yanarsız..

7. Film boşboğazları. Sinemada da olar, evdə də. Film izləyərkən daim fikir bəyan edən tənqid edən, Anadan gəlmə tənqidçi insan tipi izlədiyinizi burnunuzdan gətirər, bir də bunların bəziləri gülmə mövzusunda da iddialıdır.

8. Başa düşürsən?: Bir şey danışarkən, bi cümlədə 3 dəfə "Başa düşürsən" deyənlər də var. Sən düzgün danış başa düşərəm, zəkama niyə söz eliyirsən? Bir az daha insaflısı da "Başa sala bilirəm?"ə girər. Günahı öz üzərinə alarmış kimi, amma əslində eyni şeyi deyir.

9. Tək gün dostları: Axşam evdə parti var deyəndə gələn, cənazəm var deyəndə uzaqlaşandan xeyır gəlməz. Qəribədir, amma bunun tərsi də yaxşı deyil.. Həyatınızda bir dəfə birliktə bir şey eləmədiyiniz, söhbət edib gülmədiyiniz insan ən pis gündə sağ qolunuz rolunu oynayar. İkisinə də "Bir dəqiqə" demək lazımdır.

10. Naziklik faşizmi. Allahım nə qədər nazik, daim sizli bizli, hər cümlədə "üzr istəyirəm".. Belə ultranazik insanların cansıxıcı, həyatdan bezdirici bir yani vardır. Yanında söyüş söymək, sözünü kəsmək istəyərsiniz.


Müəllif:

Oxşar xəbərlər