23 İyul 2015 22:35
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Loma Linda Universitetinin elm adamlarının apardığı araşdırmadan bəlli olub ki, yaşlı insanlar onları güldürən hadisələri daha yaxşı xatırlaya bilirlər.

Araşdırma zamanı elm adamları bəzi iştirakçılara 20 dəqiqəlik komediya filmi izlətsə də, bəzilərindən sadəcə səssiz oturmaları xahiş olunub. Daha sonra hər iki qrupa yaddaş testi edilib.

Məlum olub ki, komediya filmi izləyənlərin yaddaş testi daha müvəffəqiyyətli və stress səviyyəsi daha aşağıdır. Qeyd edək ki, araşdırmadan gülməyin yaddaşa mənfi təsir edən stress səviyyəsini azaltdığı, xoşbəxtlik hormonu səviyyəsini yüksəltdiyi, beləcə yaddaşın müsbət istiqamətdə təsirləndiyi vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər