Niderlandın Tilburq şəhərində “Bedaux de Brouwer Architecten” memarlıq studiyasının layihəsi əsasında yaşayış evi istifadəyə verilib.
Bina inşa olunan ərazi qeyri-adi formalı tikililərlə əhatə olunub.
Memarların fikrincə, bina bir-birinə bənzəməyən tikililəri sanki “barışdırır”. Onlar həmçinin evin görünüşü ilə bağlı bəzi eksperimentlərə də əl atıblar.
Bina bütünlüklə tünd kərpicdən tikilib. Xüsusi kərpic hörgüsü nəticəsində belə təsəvvür yaranır ki, sanki ev parıltılı parçaya bürünüb. Digər maraqlı cəhət odur ki, 5 mərtəbəli evin cəmi 2 otağı var. Hər iki otağın sakinlərinin şəhərin mənzərəsini seyr etmək imkanı var. Evin sahəsi 576 kvadratmetr təşkil edir.