24 İyul 2015 08:05
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivudun “Sony Pictures” film şirkəti maraqlı layihə üzərində işləyir. Belə ki, şirkət “smaylik”lərlə bağlı cizgi filmi çəkəcək.

Cizgi filminin çəkilişləri üçün Hollivudun üç nəhəng film şirkəti olan “Warner Bros”, “Paramount Pictures”, “Sony Pictures” arasında tender elan olunub və nəticədə “Sony Pictures” qalib gəlib. Cizgi filmləri ilə bağlı layihənin rejissoru amerikalı Entoni Leondis, ssenari müəllifi isə Erik Zigeldir.

Qeyd edək ki, “Sony Pictures” Hollivudda internet reallıqlarını mənimsəyən ən yaxşı şirkət kimi tanınır. Şirkətin bu il yeni çəkdiyi “Pixels” filmi yaxın günlərdə ekrana çıxacaq. Bu filmin qəhrəmanları ötən əsrin 80-ci illərində mövcud olan kompyuter oyunlarının personajlarıdır.


Müəllif: