Dondurmanın yayın ən dadlı şirniyyatı və ya deserti olması mübahisə olunmazdır. Gündə bir neçə dəfə dondurma yesək də, doymaq bilmirik. Bəs, görəsən, dondurma kökəldirmi? Hansı dondurma neçə kaloridir?
Tanınmış diyetoloq Ender Saraç həddi aşmadığımız halda dondurmanın pəhriz zamanı istifadə edilməsinin zərəri olmayacağını deyib. Tərkibində kimyəvi maddələr olmayan, süddən hazırlanan sadə plombir dondurmaları hətta faydalı olur. Çünki südün tərkibində kalsium və zülal var. Təbii meyvələrdən hazırlanan dondurmalar isə antioksidant təsirə malikdir.
Publika.az Türkiyə mətbuatına istinadən dondurma pəhrizinin reseptini təqdim edir:
Doktor Ender Sarçın bol çeşidli, fərqli ləzzətlərlə dolu, dondurmalı yay pəhrizi sayəsində təxminən 3kq.-a qədər arıqlaya bilərsiniz.
Qeyd: Toxqarına yemək olmaz
Dondurmadan sonra 1 stəkan ilıq su və ya nanə çayı çox gözəl olar.
Dondurmanın vaflisi dondurmadan daha çox kalorilidir. Ona görə də qaşıqla istehlak edin.
Dondurma neçə kaloridir?
1 kiçik kasa sadə dondurma 40 kalori
1 kiçik kasa şokoladlı 86 kalori
1 kiçik kasa kremli dondurma 94 kalori
1 kiçik kasa meyvəli dondurma 66 kalori
Dondurma pəhrizinin resepti
1. Gün
Səhər yeməyi
4-5 qaşıq sadə müsli, 1,5 qaşıq üyüdülmüş kətan toxumu və 1 çay qaşığı darçını 1 stəkan yağsız südlə qarışdırın.
Saat 12-dən sonra
Yarım kasa vişnə
Günorta
Mövsüm tərəvəzləri
Yağsız yüngül skumbriya balığı
Saat 3-dən sonra
5 ədəd ərik qurusu
3 ədəd qoz
Saat 5-dən sonra
1 stəkan ayran
2 ədəd kəpəkli grisin (çubuq çörək)
Axşam menyusu
Zeytun yağlı ənginar
1 dilim kəpəkli çörək
1 qaşıq yağsız yoqurt
Gecə
Limonlu dondurma 2 kiçik kasa
2-ci Gün
Səhər yeməyi
Yarım smit
3 dilim pendir
Bibəri və pomidoru tavada sulanana qədər bişirin. Üzərinə kəklik əlavə edərək istehlak edin.
Yağsız və duzsuz zeytun
2 qaşıq mürəbbə
Saat 12-dən sonra
1 kasa albalı və ya çiyələkli yağsız yoqurt
Günorta
2 qaşıq yulaf əzməsini 1 çay qaşığı darçın və 1 çay qaşığı bal ilə qarışdırın
Saat 3-dən sonra
Yarım kasa alça qurusu
10 dənə püstə
Axşam menyusu
1 boşqab paxla xörəyi
Közlənmiş bibər və badımcan salatı
Zeytun yağlı və limonlu göyərti salatı
Gecə
1 kasa limonlu dondurma
3. Gün
Səhər yeməyi
Qızarmış tam buğda çörəyi 2 nazik dilim
Bol-bol cəfəri
Kibrit qutusu qədər təzə duzsuz pendir
Saat 12-dən sonra
1 ədəd yaşıl alma
Günorta
Tərəvəzli və ya göyərti yeməyi
1 kasa az yağlı qatıq
Saat 3-dən sonra
2 dənə meyvəli və ya darçınlı peçenye
1 fincan yaşıl çay
Saat 5-dən sonra
5-6 ədəd alça
Axşam Menyusu
5 qaşıq limonlu və ya narşərablı kısır (türk yeməyi)
Zeytun yağında bişmiş lobya yeməyi
Gecə
1 kasa südlü dondurma