Yaponiyanın “Eastern Design Office” arxitektura studiyasının memarları kiçik torpaq sahəsi üçün yaşayış evinin layihəsini həyata keçiriblər.
Yokkaiti şəhərində tikilən dördmərtəbəli bina “künc ev” adlanır və onun konstruksiyasının əsasını düzbucaqlı üçbucaq təşkil edir.
Ev iki küçənin kəsişməsində, dar bir ərazidə yerləşir. Hündürlüyü 13 metr olan bina mavi rənglənib.
Binada çoxsaylı geniş pəncərələr günün istənilən vaxtında otaqlara işıq düşməsinə şərait yaradır.
“Künc ev” cəmi 7 otaqdan ibarətdir və otaqların hamısı kirayə üçün nəzərdə tutulub.