29 İyul 2015 10:39
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli alimlər Stiven Hokinq, “SpaceX” layihəsinin rəhbəri İlon Mask, “Apple Inc.”-in banisi Stiv Voznyak və bir sıra digər alimlər, iş adamları süni intellekt bazasında silahların yaradılmasının əleyhinə açıq məktub imzalayıblar.


Bu məsələ Argentinada keçiriləcək konfransda müzakirəyə çıxarılacaq.

Nüvə silahlarından fərqli olaraq suni intellekt texnologiyası bahalı xammal istifadəsi tələb etmir. Ona görə onların yayılmasına nəzarət etmək və məhdudlaşdırmaq mümkün olmayacaq.

Süni intellekt və robottexnologiyası bəşəriyyətə çox böyük fayda gətirəcəkdir, amma silahlanma onu məhv edə bilər. Suni intelekt əsasında silah sistemlərinin yaradılmasının qadağa edilməsinin lazım olduğunu bildiriblər. Bu barədə açıq məktubun müəllifləri qeyd ediblər.


SpaceX layihəsinin rəhbəri İlon Mask suni intellekti şeytani rituallarla müqayisə edib:

"Biz çox ehtiyyatlı olmalıyıq. Düşünürəm ki, o bəşəriyyətin mövcudluğuna ən böyük təhlükə ola bilər".

Bir neçə ay öncə isə "Apple Inc" banisi Stiv Voznyak bəyan edib ki, gələcəkdə süni intellekt öz yaradıcısını asanlıqla ötüb keçəcək:


" Biz internet dünyasında yaşayırıq, o, bizim üçün hər şey edir. Artıq bizə hətta düşünmək də lazım deyil. Əgər o, birdən bizi idarə etməyə başlasa, bu əlbəttə bizi təəccübləndirəcək. Amma biz ev heyvanı mövqe tutmaq adət etmişik - istəyirik ki, daim bizə qayğı göstərsinlər."

Rüstəm


Müəllif:

Oxşar xəbərlər