29 İyul 2015 23:55
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jenşenin tərkibində insan orqanizminə yaxşı təsir göstərən çoxlu faydalı maddələr var. Şərq təbabətində jenşen kökü əsasında hazırlanmış dərmanlar geniş yayılıb.

Belə cövhərlərdən qanda xolesterinin və şəkərin səviyyəsini azaltmaq, orqanizmi stressdən qorumaq məqsədilə daha çox istifadə olunur. Həmçinin, jenşenin həyat tonusunu artırmaq xüsusiyyəti barədə də fikirlər söylənilir.

Tibb işçiləri jenşen tərkibli bəzi bioloji əlavələrin orqanizmdə, o cümlədən sidik kisəsində onkoloji xəstəliklərin inkişafına səbəb olması barədə xəbərdarlıq ediblər.

Bu bitkinin xərçəngin inkişaf riskinə nə dərəcədə təsir göstərdiyini söyləmək hələlik çətindir. Tibb işçiləri istənilən dərman vasitəsinin təyin edilməsindən əvvəl müalicə aparan həkimlə məsləhətləşməyi tövsiyə edirlər. Hələlik digər ölkələrlə müqayisədə Çin üzrə statistik məlumatlar var. Çində sidik kisəsinin xərçənginə iki dəfə çox rast gəlinir. Bununla belə jenşen Çində xalq təbabətində ən geniş yayılmış vasitələrdən biridir.


Müəllif:

Oxşar xəbərlər