4 Avqust 2015 22:52
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan beynəlxalq insan haqları təşkilatlarının müraciətlərinə baxmayaraq, 2004-cü ildə uşaq qətlinə görə məhkum edilmiş Şəfqət Hüseyni edam edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təqsirli bilinərkən onun 14 yaşı olub və dindirilmə zamanı dəhşətli işgəncələrə məruz qalıb. Lakin rəsmilərin bildirdiyinə görə, onun ittiham olunarkən azyaşlı olmasına dair heç bir sübut yoxdur.

O, valideynləri ilə sonuncu dəfə gecəyarı görüşüb, daha sonra isə Kəraçi şəhərində yerləşən həbsxanada asılıb.

Hüquqi çəkişmələr səbəbindən onun edamı bu il ərzində dörd dəfə gecikib. Lakin bütün cəhdlərə baxmayaraq onun edamının qarşısını almaq mümkün olmayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər