4 Avqust 2015 23:16
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adanada 49 yaşlı ata qızının sevgilisinin əli ilə kürəkənini öldürtməkdə şübhəli bilinir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqustun 1-də baş verib. Bursada aşpaz işləyən və iki uşaq atası 36 yaşlı Əyyub İpək həyat yoldaşı 24 yaşlı Seyha İpək ilə 3 ay əvvəl qısqanclıq zəminində mübahisə edib. Bundan sonra Seyha uşaqlarını da götürərək atası evinə gəlib. Atası 49 yaşlı Ələddin isə kürəkəninə telefonla zəng edərək "Səni öldürəcəyəm" deyə təhdid edib.

Əyyub İpək həyat yoldaşının sosial şəbəkədə tanış olduğu 19 yaşlı Cümə P. adlı gənclə görüşdüyünü öyrənib.

19 yaşlı Cümə Əyyuba zəng edərək onu görüşə çağırıb. O, görüş zamanı Əyyubu bıçaqlayaraq öldürüb.

İstintaqa başlayan polis Ələddini qətl sifariş etməkdə şübhəli bilərək həbs edib.

Polis qətli törədən Cümə P-ni tapmaq üçün iş axtarşlara başlayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər