5 Avqust 2015 10:33
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Airbus” aviaşirkəti yeniliyə imza atıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, artıq aviakonsernə məxsus hipersəsli təyyarənin istehsal hüququ ilə bağlı ərizə qəbul edilib və patentləşdirilib.

Yeni "Airbus" təyyarəsi Londonla Nyu-York arasında məsafəsini 1 saata qət edəcək. Halbuki "Airbus"un digər A330 tipli təyyarəsi sərnişinləri bu marşrut üzrə 7-8 saata daşıyır. Şirkətin ekspertləri iddia edirlər ki, yeni hipersəsli təyyarə Paris-San-Fransisko və ya Tokio-Los-Anceles marşrutu üzrə məsafəni cəmi 3 saata qət edəcək. Layner texniki göstəricisinə görə də fərqlidir. Üç tipdən ibarət olan mühərrik üç müxtəlif sürət yığmaq aerodinamik mexanizminə malikdir.

Hipersəsli "Airbus"da səs və gurultunu əngəlləyən sistem mövcud olacaq. Avialayner uçuş zolağından havaya kosmik "Şattl" raketi kimi vertikal istiqamətdə qalxa biləcək. Hipersəsli təyyarə həm sərnişin nəqliyyatında, həm də hərbi aviasiyada istifadə imkanına malikdir. İyirmi nəfərlik sərnişinlə özəl reyslər həyata keçirə biləcək təyyarə hərbi məqsədlər üçün azsaylı döyüş dəstələrini ultra sürətlə bölgəyə çatdırmaq və kəşfiyyat aparmaq imkanına da malik olacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər