Görmə qüsurlular üçün planşet-«BraillePad» layihəsinin rəhbəri Rəşid Əliyev ABŞ Dövlət Departamentinin Elm Və Texnologiyalar Vasitəsilə Qlobal İnnovasiyalar (GIST) proqramının 15 finalçısı sırasına düşüb.
Rəşid Əliyevin elektron məlumatların köçürülməsi layihəsi digər 749 layihə ilə yanaşı, həmin proqramda təqdim olunub.
Layihə rəhbərinin dediyinə görə, layihə üzərində işi dayandırma istədiyi vaxtda Dövlət Departamentinin rəsmisi onunla əlaqə saxlayaraq, layihəsini yekunlaşdırmağı və yarışa qatılmağı tövsiyə edib.
Beynəlxalq səsvermə və qiymətləndirmə prosesindən sonra Rəşid Əliyev finalda iştirak üçün Keniyaya yola düşüb. Azərbaycanlı startapçı orada yeni biznes əlaqələri yaratmağa, eləcə də ABŞ prezidenti Obama-nın canlı çıxışını dinləməyə nail olub.