"Sony" şirkəti istifadəçilərinə hələlik "Windows 10"-a keçməməsi barədə xəbərdarlıq edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bütün dünyada "Windows 10"-u yükləyən zaman kompyuter istehsalçılarının buna hazır olmadıqları orataya çıxıb. Buna sübut kimi "Sony" şirkətini göstərmək olar.
"Sony" rəsmiləri verdikləri açıqlamada, VAIO istifadəçilərinin "Windows 10"-u yükləmək üçün tələsməmələrini məsləət görüb. Buna səbəb kimi ortaya çıxa biləcək mümkün proqram təminatınında yarana biləcək problemləri göstərib.
Bir çox kompyuter istehsalçıları kimi "Sony" də "Windows 10" testlərini hələ ki tamamlaya bilməyib. Şirkətin testləri avqustun sonunda tamamlanması gözlənilir. VAIO istifadəçiləri isə proqramı sentyabrın əvvəlindən yükləyə biləcəkləri anlamına gəlir.
Rüstəm