Tayvanın smartfon istehsalçısı olan “HTC” bu ilin ikinci rübündə gəlirlərinin 10 faiz azaldığını açıqlayıb.
Korporasiya həmin dövr ərzində 2,26 milyard Tayvan dolları həcmində maliyyə itkisinə məruz qalıb.
Buna səbəb isə “HTC”nin “Apple”, “Samsung” və daha ucuz Çin smartfonları ilə rəqabətə davam gətirə bilməməsidir.