11 Avqust 2015 15:55
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın “LG Electronics” şirkəti “OLED” televizor çeşidlərini artıraraq çox nazik modellər təqdim edib.

Teleqraf.com xəbər verir ki, yeni 55 düym ekran ölçüsünə malik “OLED” TV modellərinin qalınlığı 4,8 millimetr təşkil edir ki, bu da qalınlığı 6-7 millimetr olan smartfonlardan xeyli nazikdir.

Ən nazik televizor istehsalçıları arasında liderlik uğrunda mübarizəyə “Sony” şirkəti də qoşulub. Belə ki, bu yaxınlarda Yaponiya istehsalçısı “Bravia” TV xəttinə qalınlığı 4,9 millimetr olan “Ultra HD” (4K) formatlı iki model əlavə edib.

Maraqlıdır ki, bu dəfə “Samsung Electronics” şirkəti kənarda qalmağa üstünlük verib. Cənubi Koreya istehsalçısının kvant pikselli texnologiyanı (Quantum Dot, QD) tətbiq edərək yaratdığı yüksək dəqiqlikli “SUHD” ekranlar 6-9 millimetr qalınlığa malik olmaqla “LG Electronics” və “Sony” modellərindən geri qalır.

“DisplaySearch” şirkətinin analitikləri bu yanaşmanı düzgün hesab edərək bildiriblər ki, istehlakçılar üçün televizorun qalınlığı həlledici üstünlük deyil. Ekspertlərin fikrincə, alıcılar ona yalnız ultranazik olmasına görə əlavə vəsait ödəməyəcəklər, çünki televizor portativ qurğulara aid deyil.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər