El arasında “çillə qarpızı” adlandırılan qara qarpız son illər demək olar gözə dəymir. Bu bostan bitkisi unudularaq sıradan çıxmaqdadır.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) alimləri həm ekoloji cəhətdən təmiz, həm də xəstəliyə davamlı olan bu qarpız növünü yenidən bərpa etməyi qərara alıblar.
ADAU-dan AZƏRTAC-a bildiriblər ki, bu qarpızı ata-babalarımız mart ayınadək saxlayaraq, onu yazın gəlişi ilə əlaqədar kəsirlərmiş. Artıq alimlər onun bu qədər uzun müddət qalmasının sirlərini öyrənmək məqsədilə tədqiqat işlərinə başlayıblar.
“Çillə qarpızı” adlandırılan bu bostan bitkisini bərpa etmək üçün Şəmkir rayonunun əkin sahələrindən istifadə olunacaq.