Rusiyada Kuban çayı sahilində cütlük park etdikləri “Lada” markalı avtomobildə cinsi əlaqəyə girməsi faciəyə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, spirtli içki qəbul edən cütlük maşının əl əyləcini çəkməyi unudublar. Bundan sonra hərəkətə başlayan avtomobil çaya düşüb.
Hadisədən sonra maşının şüşəsini sındıran kişi boğulmaqdan xilas olsa da, 35 yaşlı sərxoş qadın həyatını itirib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Elvin