Havili Diana Kim Havay adalarında yerləşən Oahuda hüquq fakütləsinin tələbəsi və sutudiyalardan birində fotoqrafdır.
Onun başına gələn əhvalat hər kəsi təəccübləndirib. Diana evsizlərin şəklini çəkməyə çox həvəsli olduğu üçün bu işi ilə daim məşğul olur. Bir gün dayanacaqda hərəkətsiz qalan evsiz kişinin şəklini çəkdiyində isə Diana gözlərinə inanmayıb. Bu onu və anasını 25 il əvvəl atıb getmiş atası olub.
Diananın 5 yaşı olanda atası və anası ayrılmağa qərar verir. Beləliklə balaca qızın uşaqlıq illəri çox ağır keçir. Bir müddət atası ilə görüşsə də, sonralar onu tapa bilməyib.
Diana verdiyi açıqlamada hadisəni belə xatırladır: "Əvvəlcə onun atam olduğuna şübhə etdim. Ancaq bütün şübhələrimi üstələyib, onu səslədim. Mənə cavab vermədi. Yaxınlaşıb çiyninə toxundum. Bu zaman dayanacaqda avtobus gözləyənlərdən biri atamın neçə gündür ki, hərəkətsiz halda oturduğunu dedi. O, məni tanımamışdı. Uzun zaman atamı görmək üçün küçələri dolaşdım. Ancaq o, məni hələ də xatırlamırdı. Bir dəfə qohumlarımdan biri mənə zəng edib, atamın halının pisləşdiyini və xəstəxanaya aparıldığını dedi. Bundan sonra atam müalicəyə razılıq verdi".
Diana bütün olanlara baxmayraq, atasını bağışladığını və onu tapdığına görə xoşbəxt olduğunu bildirib.
Samir