16 Avqust 2015 19:57
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Detoks üçün ən yaxşı ədviyyatlardan biri də zəncəfildir. Zəncəfil orqanizmi toksinlərdən təmizləyir, qan dövranını sürətləndirir və immuniteti gücləndirir. Bu faydalı ədviyyatdan dadlı detoks içkisi hazırlaya bilərsiniz.

Bunun üçün aşağıdakılara ehtiyacınız olacaq:

1 ədəd soyulub dondurulmuş banan

1 santimetr soyulub doğranmış zəncəfil

Yarım kasa dilimlənmiş və dondurulmuş manqo

1/4 stəkan portağal şirəsi

1/4 stəkan su

4­5 ədəd buz

Hazırlanması:

Buz istisna olmaqla bütün məhsulları qarışdırıb mikserlə çırpın. Daha sonra içərisinə buz əlavə edin.

Bu detoks içkisi həm hüceyrələrinizi yeniləyəcək, həm də ideal çəkidə qalmağınızı təmin edəcək.


Müəllif:

Oxşar xəbərlər