Fransada işləmədiyi halda 12 ildir mütəmadi olaraq maaş aldığı ortaya çıxan Çarlz Simon bu barədə danııb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çarlz işə götürənlərə qarşı "karyerasını məhv etmək" ittihamıyla təzminat iddiası qaldırıb.
Fransa dəmir yolu idarəsinin əməkdaşı olan Simon 2003-cü ildən bəri işləmir və buna baxmayaraq aylıq 5 min avro maaş alır. Ancaq o, bu vəziyyətdən razı deyil. Simon işləmədən verilən maaşın parlaq karyerasını məhv etdiyini deyərək təzminat davası açıb.
O, işləyən zaman 20 milyon avroluq dələduzluq faktını rəhbərliyə bildirdiyi üçün işdən uzaqlaşdırılıb. Daha sonra isə yeni vəzifəyə təyin almasa da aylıq 5000 avro maaş alıb.
Dəmir yollarının rəsmisi isə Simonun şirkətin iş prosedurundakı kəsirlərdən sui-istifadə istifadə edərək təzminat davası açdığını bildirib.
Məhkəmədə "karıyeramı məhv etdilər. Bir səhv idi etdim. Saf və axmağam" ifadələrini işlədən Çarlz Simon davanı uduzub.
Rüstəm