Hindistanın Radjura şəhərində 85 yaşlı qadın polis məntəqəsinə qəribə müraciət edib.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, o, oğlu Sureşanın Xariyal adlı tutuquşunun onu təhqir etdiyini iddia edib. Araşdırma aparan polis tutuquşunu polis bölməsinə gətirib. Ancaq quş yaşlı qadına heç bir pis söz demiyib.
Buna baxmayaraq, tutuquşu öz sahibinə qaytarılmayıb. O, reabilitasiyası üçün meşə təsərrüfatı departamentinə təhvil verilib.
Samir