22 Avqust 2015 08:30
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın cənub-qərbində Kaqoşima prefekturasında (Kyuşü adası) yerləşən Sakuracima vulkanı avqustun 21-də 400 metr hündürlüyündə kül püskürüb. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Meteoroloqlar beş ballıq cədvəl üzrə “dördüncü” dərəcə almış vulkanın təhlükəlilik səviyyəsini hələlik qaldırmayıblar. Külün hava nəqliyyatının hərəkətinə təsiri barədə də məlumat verilmir.

Sakuracima vulkanının yerləşdiyi ərazidə son bir həftədə mindən artıq vulkan zəlzələsi qeydə alınıb. Avqustun 19-da isə kiçik həcmdə püskürmə də baş verib. Yapon mütəxəssislər vulkanik qazların kəskin azalmasını qeydə aldıqlarını bildirirlər. Bu isə vulkanın kraterinin tam tıxandığını və onun daxilində təzyiqin artdığını deməyə əsas verir. Beləliklə, güclü püskürmə baş verməsi təhlükəsi də artır.

Sakuracima vulkanının yaxınlığında yaşayan əhali üçün artıq xüsusi sığınacaqlar hazırlanıb. Həmin ərazidə ümumilikdə 4,3 min nəfərin yaşadığı bildirilir.


Müəllif:

Oxşar xəbərlər