26 Avqust 2015 14:21
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş sevgilisi tərəfindən girov götürülərək təcavüz edilən qadın kişinin intihar etməsinin qarşısını alıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 il birlikdə yaşayan cütlük 2014-cü ildə ayrılıb. Ancaq Piter Drummond ayrıldıqdan sonra keçmiş həyat yoldaşı Susan Çopstiki unutmayıb. Peter keçmiş sevgilisini evinə qəhvə içməyə dəvət edib.

O, evə gələn qadını bıçaqla təhdid edərək ona təcavüz edib. Piter ona "Səni öldürəcəyəm, cəsədini evə gələnlər tapa biləcək" deyib.

Daha sonra həddindən artıq viaqra dərmanı ataraq intihar etməyə çalışan kişini sevgilisi xilas edib. O, təcili yardıma zəng edərək xəbər verib və evdən qaçıb.

Qadın məhkəmədə "etdiklərinin cəzasını çəkmədən ölməsinə icazə verə bilməzdim" deyib.

Məhkəmə Peter Drummonda 10 il həbs cəzası verib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər