26 Avqust 2015 18:14
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan məhkəməsi qayınananı öldürməkdə günahkar bilinən iki gənc qadına hökm çıxarıb.


Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki qadın iki qardaşa ərə gedərək onların anası ilə bir damın altında yaşayıb.


25 yaşlı Oygül Pardayeva və 30 yaşlı Səfərgül Xocayeva qətldə günahkar bilinərək 22 il azadlıqdan məhrum ediliblər.


Qətl bu ilin may ayında törədilib. İlkin tədqiqatlara görə, qadınlar qayınananı əvvəlcə qəddarcasına döyüb, sonra üstünə yanacaq tökərək yandırıblar. İzi itirmək üçün gəlinlər qayınanın meyitinin qalıqlarını çaya töküblər.


Oğlanları analarının itkin düşməsi barəsində polisə müraciət edib. Bir neçə gündən sonra qadının yanmış bədəni tapılıb.


Müəllif:

Oxşar xəbərlər