Toy bitdikdən sonra borcunu ödəmədiyi üçün restoran sahibi gəlini girov götürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Qazaxıstanın Almatı şəhərində baş verib. Restoran sahibi borc tam ödənməyənə qədər gəlini girov saxlayacaqlarını bildirib.
Yayılan məlumatlara görə, bəy restorana 9 min ABŞ dolları ödəməli imiş. Ancaq ev sahibi bu pulun cəmi 7 min dollarını ödəyə bilib. Bəy öz maşınını gecə yarı qiymətə satıb və borcunu ödəyib. Bundan sonra gəlin azad edilib.
Bəyin yaxınları gəlini girov saxladığına görə restoran sahibini məhkəməyə veriblər.
Samir