29 Avqust 2015 11:24
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağırsaq bakteriyası xəstəliyi, adətən, yay aylarında yayılır. Bunun əsas səbəbi yayda meyvə çeşidinin çox olması və yuyulmadan yeyilməsidir. Başqa sözlə, məhz adi sanitariya qaydalarının pozulması nəticəsində baş verir.

Bağırsaq bakteriyaları ağızdan keçərək, bağırsağa düşüb orada bağırsaq xəstəliyini inkişaf elətdirir. Adətən, bağırsaq infeksiyasını daha çox uşaqlarda müşahidə etmək olar. Bunun tək səbəbi uşaqların hər şeyi ağızlarına aparması deyil, həmçinin, onların həm immun sisteminin, həm də mədə-bağırsaq sisteminin hələ tam möhkəmlənməməsidir.

Qazi Universitetinin professoru Tarkan Qaralının sözlərinə görə, son illərdə yayılan bir çox xəstəliyin əsas səbəbi məhz bağırsaq bakteriyalardır. İnsanın bağırsaq bakteriya strukturunun beş yaşına qədər olan dövrdə formalaşdığını bildirən Qaralı bu dövrdə istifadə edilən antibiotiklərin faydalı bağırsaq bakteriyalarını da məhv etdiyini bildirib. Tədqiqatlar göstərib ki, 5 yaşa qədər olan körpələrdə həddən artıq antibiotik istifadəsi bağırsaq xəstəliyini 2-3 dəfə artırır.

Bakteriyalar ruh sağlamlığına da təsir edir

Bağırsaq bakteriyalarının istehsal etdiyi kortizol və buna bənzər maddələr depressiya, təşviş, narahatlıq, bağırsaq xərçəngi, hətta şizofreniyaya da səbəb ola bilər. Professor depressiyaya düşən xəstələrin bağırsaqlarında bakteriya (Oscillobacteria) yaşadığını kəşf etdiyini də qeyd edib.

Həkimin sözlərinə görə, ancaq yuyulmamış meyvələr deyil, hazır və dondurulmuş qidalardan istifadə də mədə pozğunluğuna və bağırsaqda bakteriyalar əmələ gəlməsinə təkan verir.


Müəllif:

Oxşar xəbərlər