31 Avqust 2015 22:23
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da qızını öldürüb, cəsədini evində saxlayan qadının məhkəməsi davam edir.

Teleqraf.com "Associated Press"ə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan Nyu-York ştatının sakini yeni doğulan qızını öldürməkdə günahkar bilinir. 28 yaşlı Kristina Kolantino öldürdüyü qızı ilə 3 ay eyni evdə yaşayıb.

Polisin məlumatına görə, iki uşağı olan Kristina uşaqları ilə birlikdə evdə tək yaşayıb.

Müstəntiqlərin fikirincə qadın uşağı doğumdan sonra öldürüb. Qətlin düşünülmüş şəkildə törədildiyi bildirilib.

Hazırda cinayət işi ilə bağlı məhkəmə davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər