1 Sentyabr 2015 20:54
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində 10 ay öncə nişanlanan gənc qız evdən qaçıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı Rabia D. dayısı oğlu, 20 yaşlı H.A. ilə evlənmək istəmədiyi üçün evdən qaçıb.

Fatimə və Ərdal D.-nin tək övladı olan 17 yaşlı Rabia D. 10 ay əvvəl Avstriyada işləyən dayısının oğluna ailəsinin istəyi ilə nişanlanıb. Tətil dövründə Konyaya gələn nişanlısı H.A. ilə mütəmadi görüşən Rabia D. bir müddət sonra problemlərlə üzləşməyə başlayıb.

14 gün əvvəl isə evdən qaçan qız anasına yazdığı mesajda qeyd edib.

"Qurban olduğum anam. Mən artıq dözmürəm. H.N.-ın etdiklərinə dözmürəm. Sizə də "istəmirəm" deyə bilmədim. Atamı tanıdığım üçün demədim. Sizə layiq övlad olmadım. Kaş mən heç doğulmayaydım. Siz də bu günləri görməzdiniz. Bu səbəbdən mən gedirəm, ana. Məni unudun. Nə etsəniz də qayıtmayacağam. Ana özünüzə yaxşı baxın, sağ olun".

O, evdəki 6 min lirəni ( təxminən 2160 manat) özü ilə götürüb.

Ana qızının heç bir probleminin olmadığını bildirib:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər