2 Sentyabr 2015 16:36
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanxayda qısqanc həyat yoldaşına vəhşicəsinə divan tutub

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ər mətbəx bıçağı ilə xanımının əlini kəsib. Bu barədə "Shanghaiist" saytı yazıb.

2015-cu ilin yanvarında Sin işə düzəlib. Həmin vaxtdan sonra əri Çen xanımını xəyanətdə günahlandırmağa başlayıb. Çen dəfələrlə həyat yoldaşına hədə-qorxu dolu mesajlar göndərib. Qısqanc ər arvadını əlil edəcəyini yazıb.

Qorxmuş qadın əri ilə boşanmaq istəsə də tanışları onu niyyətindən daşındırıb.

Hadisə ötən şənbə baş verib. Çen fabrikə gedərək xanımını zorla evə aparıb. Daha sonra onun əlini kəsib.

Zərərçəkən 29 yaşlı Sin ömürlük əlil qalıb. Həkimlərin cəhtlərinə baxmayaraq kəsilən əlini yerinə tikmək mümkün olmayıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər