3 Sentyabr 2015 08:38
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il dünyada təqribən yeddi min adam havanın çirklənməsi səbəbindən vaxtsız ölür. Onların yarısı isə binadan kənarda havanın keyfiyyətsizliyi üzündən ölür.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, binadan kənarda çirkli havanın səbəb olduğu ölüm hallarının 88 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür. Məhz inkişaf etməkdə olan ölkələrin əhalisinin havanın keyfiyyəti barədə məlumat almaq imkanı yoxdur. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) vəziyyəti dəyişmək niyyətini açıqlayıb. Qurum havanın keyfiyyətini müəyyən etmək üçün qiyməti münasib olan cihazın yaradılması barədə məlumat yayıb.

AZƏRTAC BMT-nın Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, yeni cihazın sınaqdan keçirilməsi üzrə təcrübi layihə avqustun 31-də Nayrobidə işə salınıb. Yeni cihazın qiyməti 1,5 min ABŞ dolları civarındadır ki, bu da hazırda mövcud olan belə cihazların qiymətindən təxminən 100 dəfə ucuzdur.

Qiymətin çox ucuz olması sayəsində müxtəlif ölkələrdə havanın monitorinqi üçün cəmi 150-200 min dollara ümummilli stasionar və mobil stansiya şəbəkələri yaratmaq mümkün olacaq. Hazırda isə bu məbləğə yalnız bir stansiya tikmək olar. UNEP-in başçısı Ahim Ştayner deyib:”UNEP-in cihazı havanın keyfiyyəti barədə məlumat səviyyəsini kəskin artırmağa, havanın çirklənməsinin mənfi təsirini azaltmağa kömək edə bilər. Bu da çirklənmə ilə bağlı xəstəliklər təhlükəsinə məruz qalan insanların həyatını xilas etməyə şərait yaradacaq”.


Müəllif: