7 Sentyabr 2015 17:00
2 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində 26 yaşlı Osman Ebrail Çaktır 51 yaşlı atası Mehmet Çakdırın nigahsız arvadı 39 yaşlı Birgül Taşı ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, cinayətdən sonra Adanaya qaçmaq istəyən Osman avtobusda yaxalanaraq, polis bölməsinə gətirilib.

Dindirilmə zamanı gənc oğlan qadını öldürməsinin səbəbini açıqlayıb: "Mən balaca olanda atam o qadını bizim evə gətirdi. Anam və qardaşların çox sıxıntı çəkirdi. Atam mənə heç vaxt "səni sevirəm" deməyib. O, qadın bizim aramıza girdi. Biz yalnız qaldıq. Bütün bunlara görə o qadını öldürdüm".

Polisdən verilən məlumatlara görə, 15 il əvvəl 4 uşaq atası Mehmet Çakdır 3 uşaq anası Birgül Taşı qaçıraraq, öz evinə gətirib. Bundan sonra ailədə çoxlu söz-söhbətlər olub.

Samir


Müəllif: