Rusiyanın Kemerovsk vilayətində polislər sevgilisini amansızlıqla öldürən şəxsi saxlayıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 43 yaşlı kişi törətdiyi cinayəti etiraf edib. O, qadını öldürməsinin səbəbi kimi onun gecə vaxtı ayaqyoluna getməsini və gec qayıtmasını göstərib.
Yayılan məlumatlara görə, kişi 35 yaşlı qadınla bir neçə ay əvvəl tanış olub və birlikdə yaşamağa başlayıb. Gecə vaxtı tez-tez ayaqyoluna gedən sevgilisini qısqanan kişi beysbol zopası götürüb və qadının ayaqlarını sındırıb. Bununla da ürəyi soyumayan kişi onu ölənə qədər döyüb.
Məhkəməyə çıxarılan cinayətkara 10 il həbs cəzası kəsilib.
Elvin