Türkiyədə daha bir səs-küylü qətlin üstü açılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinaən xəbərir ki, Adanada yaşayan 51 yaşlı Cumalı Dokuz dostu 34 yaşlı Seyidxan Dağı öldürüb. Seyidxanın cəsədi yerli camaat tərəfindən meşədə aşkar olunub. Axtarışlara başlıyan polis cinayətin Cumalı Dokuz tərəfindən törədildiyini müəyyən edib. Həbs edilən Cumalı ifadəsindən dostuna 23 min lirə (təxminən 7900 manat) borcu olduğu üçün onu öldürdüyünü deyib.
O, hətta mərhum yasında iştirak edərək başsağlığı da verib. Televiziyaya çıxan Cumalı dostunun qatilini tapılmasını istədiyini də bildirib.
Məhkəmə borca görə dostunu öldürən Cumalı Dokuza ömürlük həbs cəzası verib.
Rüstəm