Türkiyənin Əskişəhər bölgəsində 21 yaşlı qız özündən bir yaş böyük sevgilisi tərəfindən küçənin ortasında şiddətə məruz qalıb.
Sevgilisi bütün yalvarışlarına baxmayaraq, gənc qızı saçından tutub və küçə boyu sürüyüb. Ərtafdakı insanların sərt reaksiyası ilə qarşılaşan gənc oğlan onlara hücum edərək, söyüş söyüb və cibindəki silahdan atəş açacağını bildirib. Daha sonra hadisə yerinə gələn polislər gənc oğlanı bölməyə aparıblar.
Baş verənlər həvəskar kamera ilə lentə alınıb.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir