Rusiyanın Sankt-Peterburq şəhərində ərini öldürməkdə şübhəli bilinən qadın saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Peterqburq prokurorluğu məlumat yayıb. Bildirilir ki, hadisə günü ər və onun 66 yaşlı arvadı spirtli işçi qəbul edib. Sərxoş ər qonaq otağında saxladığı qaz balonunu götürərək, qadının itinə hücum edib. Bundan sonra cütlük arasında mübahisə başlayıb.
Mübahisə əsnasında arvad mətbəxtdən götürdüyü bıçaqla kişiyə zərbə endirib. Yaşlı kişi hadisə yerində həyatını itirib. Qadın həmin gün polis əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət işinin istintaqı rayon prokurorluğunun nəzarətdə saxlanılır.
Samir