16 Sentyabr 2015 11:15
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Perm vilayətində ağır cinayət hadisəsi baş verib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, polis əvvəllər məhkum olmuş iki şübhəlini saxlayıb. Cinayətkarlar onlara qarşı ifadə vermiş azyaşlı uşağı zorlamaqda və öldürməkdə ittham olunurlar.

Polisin məlumatına görə, 20 və 23 yaşı olan dostlar 2013-cü il sentyabrın 29-da şəhər qəbirstanlığında azyaşlı tanışlarına hücum ediblər. Onlar azyaşlını polisə ifadə verdiyi üçün cəzalandırmağı düşünüblər. Əvvəlcə onu döyüblər. Daha sonra ona qarşı seksual zorakılıq ediblər. Aldığı zədələrdən uşaq hadisə yerində keçinib.

Cinayətkarlardan birinə ömürlük, digərinə isə 10 il həbs cəzası veriləcəyi gözlənilir.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər