16 Sentyabr 2015 13:27
3 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə serialları xatırladan ailə dramı baş verib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı sevgilisinə tutduğu evin kirayəsini ödəyə bilməyən Loğman onu ailəsinin qaldığı mənzilə gətirib. Həyat yoldaşının etirazına isə "Lazım gəlsə, sən rədd olub gedəcəksən" deyib. Ailə arasındakı mübahisə isə böyüyərək məhkəməyə qədər gedib.

3 uşaq atası olan Loğman 8 ildir birlikdə yaşadığı Fatmaya 19 yaşlı Zəhra A. ilə xəyanət edib.

O, hətta gənc sevgilisinə ev də kirayələyib. Onlar uzun müddət Fatmadan xəbərsiz münasibətdə olublar. Maddi problemləri olan Loğman sevgilisi üçün tutduğu evin kirayə haqqını ödəyə bilməyib. O, həyat yoldaşına "sevgilim bu evə gələcək və üçümüz birlikdə yaşayacayıq" deyib. Fatmanın etirazlarına isə "lazım gəlsə, sən rədd olub gedəcəksən, ev mənimdir" söyləyib.

Təhqirlərə dözə bilməyən Fatma məhkəməyə müraciət edib. Loğman haqqında "təhqir və ailə hüququndan irəli gələn öhdəliyin pozulması" maddələri ilə cinayət işi açılıb. Loğmanın 3 aydan 3 ilə qədər həbs olunacağı gözlənilir.

Prokurorluq isə Loğmanın ailəli olduğunu bilən Zəhranın 6 aydan 2 ilə qədər azadlıqdan məhrum edilməsi ilə bağlı iddia qaldırıb.

Hadisə ilə bağlı məhkəmə yaxın günlərdə baş tutacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər