17 Sentyabr 2015 23:14
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xəzinə axtarmaq üçün quyuya düşən dostlar metan qazından zəhərləniblər. Onlardan biri ölüb, digər ikisini quyudan çıxarmaq üçün xilasetmə əməliyyat həyata keçirilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Nevşəhir vilayətinin Ürpüg kəndində baş verib. İsven Çakir, Abdullah Özcan və daha bir nəfər (onun adı hələlik bəlli deyil) dostlar tapdıqları quyuya giriblər. Bir müddət sonra metan qazından zəhərlənən dostlardan İsven Çakır quyudan çıxa bilib. O, telefonla jandarma qüvvələrinə xəbər verib. Daha sonra yenidən quyuya düşüb. Hadisə yerinə gələn fövqəladə halların əməkdaşlarından biri iplə quyuya enib. İsven Çakırı çıxardıqdan sonra xilasedici özü də zəhərlənib. Hər ikisi xəstəxanaya yerləşdirilsə də İsven Çakırın həyatını xilas etmək olmayıb. Quyudan çıxarılan digər xəzinə axtaranların vəziyyəti stabildir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər