21 Sentyabr 2015 08:07
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın ən gözəl, lakin təhlükəli yolu məlum olub.

Publika.az xəbər verir ki, Norveçdəki “Trollstigen Road” sürücülər üçün arzuolunmaz yoldur. İki şəhəri birləşdirən bu yol dəniz səviyyəsindən 858 metr hündürlükdə yerləşir. Dəmir arakəsmələrlə əhatə olunan yol 11 sərt döngədən ibarətdir. Bu isə onun təhlükəliliyini daha da artırır. Belə ki, “Trollstigen Road”da saatda 30 kilometrdən artıq sürət həddini aşmaq olmaz. Uzunluğu 12,4 metrdən çox olan nəqliyyat vasitələrinin bu qolla gedişi qadağandır.

Avropanın ən gözəl, eyni zamanda təhlükəli yolu, onun yerləşdiyi ərazi turistlərin də diqqətini cəlb edir. Çünki bu ərazidə 320 metr hündürlükdən tökülən füsunkar şəlalə də var.


Müəllif:

Oxşar xəbərlər