24 Sentyabr 2015 10:27
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məxfilik kampaniyasını həyata keçirən fəal Max Schrems Facebookla bağlı iddiasında hüquqi qələbəyə nail olub.

Fəal, Facebookun Aİ vətəndaşlarının məlumatlarını ABŞ rəsmilərinə ötürməsinin qarşısını almağa çalışır.
Avropa Ədalət Məhkəmsi tərəfindən çıxarılmış rəydə deyilir ki, Aİ ilə ABŞ arasında məlumatın bölüşdürülməsi qaydaları “etibarsızdır”.

Bu qərar digər texnologiya şirkətlərinin avropalıların məlumatlarını ABŞ mərkəzlərinə ötürmə imkanlarına da təsir edə bilər.

Lakin bu hələ son qərar deyil. 15 hakim hələ məsələ ilə bağlı son qərarını verməlidir. Lakin fəal Max Schrems bildirir ki, bunun daha böyük nəticələri ola bilər.

“ABŞ-da nəzarətin həyata keçirilməsində iştirak edən və bunu təmin edən şirkətlər, məsələn, Aİ-də fəaliyyət göstərən və ABŞ-dakı məlumat mərkəzlərinə güvənən “cloud” xidmətləri indi Avropa İttifaqının daxilində təhlükəsiz məlumat mərkəzlərinə yatırım edə bilər,” o bildirib. Facebook sözçüsü məsələ ilə bağlı şərh verməyib.


Müəllif:

Oxşar xəbərlər