Böyük sızanaqlar hər kəsi narahat edir. Pis göründüyü üçün onu, adətən, sıxırıq. Lakin bu, doğru üsul deyil. Bununla sızanaqların yayılmasına və çoxalmasına səbəb olursunuz.
Böyük sızanaqları qurudan darçın maskasını təqdim edirik:
Maskanı hazırlamaq üçün darçın və limon lazım olacaq. Onları qarışdırıb sızanağın üstünə sürtün və quruyana qədər gözləyin. Daha sonra yüngülcə ovxalayaraq maskanı çıxarın. Bu üsulu gündə 3-4 dəfə edin.
Pambığın üzərinə 2 damcı alma sirkəsi əlavə edərək üzünüzü silin. Bu da sızanaqları qurutmaq üçün əlverişli üsuldur.
Üzünüzdə sızanaq olanda əlinizi qətiyyən üzünüzə vurmayın. Tərləməməyə çalışın.