28 Sentyabr 2015 18:35
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ polisi Kaliforniyanın Beverli Hilz şəhərində Səudiyyə Ərəbistanının kral ailəsinin üzvünü həbs edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ona qarşı zorlama maddəsi üzrə cinayət işi açılıb.

Məlumatlara görə, 28 yaşlı şahzadə Məcid Əbdüləziz əl-Səud Beverli Hilzdəki 37 milyon dollar dəyərindəki evində xidmətçi ilə zorla cinsi əlaqədə olub. Qadın dərhal polisə xəbər verib. Onun 300 min dollar girov müqabilində azadlığa buraxıldığı açıqlanıb.

Şahzadənin oktyabrın 19-da məhkəmə qarşısına çıxacağı gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər