29 Sentyabr 2015 19:52
5 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Pskov bölgəsində 4 yeniyetmə saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkədə paylaşılan görüntülər olub. Görüntüləri araşdıran polis 1-i 13 yaşlı qız olmaqla, 4 yeniyetmənin 15 yaşlı qızı zorladıqlarını üzə çıxarıb.

Məlumatlara görə, 15 yaşlı Viktoriya, 13 yaşlı rəfiqəsi Alina və dostları Zaxar, Mixail və Aleksandr ilə əyləncə gecəsi təşkil edib. Həddindən artıq spirtli içki qəbul edən Viktoriya huşunu itirib. Bundan istifadə edən yeniyetmələr onu soyundurub və şəkillərini çəkib. Tibbi ekspertiza zamanı yeniyetmələrin qızla intim əlaqədə olduğu da aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb. Polisdən bildirilib ki, Viktoriya hazırda xəstəxanalardan birində müalicə olunur, yeniyetmələr isə polis bölməsində saxlanılır.

Samir


Müəllif:

Oxşar xəbərlər