Rusiyanın "Rostelekom" şirkətinin strukturuna daxil olan "Sputnik" kompaniyası kompyuter və mobil qurğularda "uşaqlar üçün nəzərdə tutulmayan informasiyalara" girişi blok edən brauzer hazırlayıb.
Bunu kompaniyanın məhsulların inkişafı üzrə direktoru Mixail Kozlov bildirib.
Yaxın zamanlarda yeni brauzer Moskva vilayətinin bütün məktəblərində kompyuterlərə quraşdırılacaq. Brauzerdə narkotik satışı barədə informasiya yayan, ekstremizm və ya intihar təbliğatı aparan saytlara giriş bağlanmaqla yanaşı, sosial şəbəkələrə, oyunlara və bu kimi "uşaqlar üçün nəzərdə tutulmayan informasiya" mənbələrinə girmək də mümkün olmayacaq.