4 Oktyabr 2015 09:20
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın paytaxtı Buenos-Ayresdə ağlasığmaz olay baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Riçard Kleyn və Miryam Kovalkzuk bir müddət öncə bir yerdə yaşamağa başlayıb. Ancaq onlar Kleynin qızı ilə Miryamın oğlu arasındakı sevgi macəralarında xəbərsiz olub. Ögey valideynlərdən qisas almağa çalışan cütlük onları öldürmək qərarına gəlib.

25 yaşlı Leandro Akosta və 22 yaşlı Karen Kleyn ögey valideynlərini öldürüb və cəsədləri parçalayaraq, itlərə yem edib. Qalan orqanları isə yandırıb zibilliyə atıblar.

Zibilliyə atılmış qalıqları isə qonşulardan biri aşkar edib və polisə xəbər verib. Araşdırmalar zamanı sellofan torbanın üzərindən Akostanın barmaq izləri aşkar edilib. Akosta bütün cinayəti etiraf edib. Onun sözlərinə görə, cinayəti 11 yaşlı əqli qüsürlu bacısını qorumaq üçün edib.

Samir


Müəllif:

Oxşar xəbərlər