6 Oktyabr 2015 20:22
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Uttar-Pradeş ştatında müsəlman ata 4 yaşlı qızını öldürüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Cəfər Hüseyn polis tərəfindən saxlanılıb.

Dindirilmə zamanı qətlin səbəbləri məlum olub. Polisdən verilən məlumata görə, ata azyaşlı qızını yemək yeyərkən hicabı düşdüyü üçün öldürüb. Qızın anası hadisəyə müdaxilə etmək istəsə də, buna nail olmayıb. Qəzəbli ər həyat yoldaşını da döyüb.

Hadisədən sonra ata qızının dəfnindən də imtina edib. Qətldən xəbər tutan qonşular evi mühasirəyə alıb və polisin gəlməsini gözləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər