8 Oktyabr 2015 18:50
1 460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada avtomobil qəzası nəticəsində başı içəridən ayrılan 16 aylıq uşaq tibbi möcüzə ilə həyata dönüb.

Modern.az xarici mətbuata istinadən bildirir ki, Cekson Teylor adlı uşaq başının onurğasına bağlanmasını dəstəkləyən alət və qabırğasından alınan bir hissə sayəsində ayaqda qala bilir.

Anasının idarə etdiyi maşının başqa maşınla toqquşması nəticəsində ağır yaralanan uşağın başı içəridən-onurğasından tamamilə ayrılmışdı.

Həkimlər uşağın onurğasını, tellər və qabırğasından alınan bir hissəni istifadə edərək yenidən başını birləşdirməyə nail olublar.

Onlar qeyd edib ki, bu cür yaralanmalarda uşaqlar yaşamır, yaşasalar da ayılmırlar və ya heç vaxt hərəkət edə bilmirlər. Lakin Teylor toxumaların və sinirlərin iki aya tamamilə bərpa olunmasından sonra normal həyata geri dönəcək.


Müəllif:

Oxşar xəbərlər