9 Oktyabr 2015 12:24
1 485

Türkiyədə 3 az yaşlı qıza təcavüz etməkdə ittiham olunan şəxsin məhkəməsi başa çatıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Diyarbəkirdə baş verib.

İddiaya görə, özünü zabit kimi təqdim edən oğlan 14 yaşlı 3 qızı evinə aparıb. O, qızların içkisinə dərman qatıb. Daha sonra isə onlara porno film izlədən oğlan qızlara təcavüz etməkdə ittiham olunur. 150 il həbs tələbi ilə mühakimə olunan tərcüməçi Ubeydullah Ç.-nın cəzası istintaqla nümunəvi əməkdaşlığa görə xeyli azaldılıb. O, 10 il həbs cəzasına məhkum edilib.

Prokuror Mustafa Uğur müttəhimin azyaşlı məktəblilərə pulsuz ingilis dili dərsi keçəcəyini deyərək, onları aldatdığınə bildirib. Ubeydullahın zabit imici yaratmaq üçün evində zabit mundiri, qaz tapançası və güllə saxladığı da qeyd edilib.

Rüstəm


Müəllif:
Загрузка...