9 Oktyabr 2015 20:52
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsrin populyar fotoşəkillərindən biri – Robert Meppltorpun çəkdiyi “Poliesterdən kostyum geymiş kişi” fotosu Sotheby's hərracında 478 min dollara satılıb.

Bu məbləğ fotoşəkilin ilkin qiymətindən demək olar ki, iki dəfə çoxdur.

Sotheby's satış evinin fotoqrafiya şöbəsinin rəhbəri Kristofer Maxouninin sözlərinə görə, fotoşəkil satışlarının keçirildiyi bir neçə gün ərzində əldə edilən vəsaitin ümumi həcmi 3,3 milyon dolları keçib. “Poliesterdən kostyum geymiş kişi” bu mövsümün ən bahalı lotu, Meppltorpun əsərləri içərisində isə bahalığına görə ikinci fotoşəkil olub.

Məşhur amerikalı fotoqrafın ağ-qara fotoşəkili sonuncu dəfə 23 il bundan əvvəl satışa çıxarılmış və cəmi 9,9 min dollara satılmışdı. Beləliklə də, 23 il ərzində populyar fotoşəkil demək olar ki, 50 dəfə bahalaşıb.

Robert Meppltorp 1989-cu ildə 42 yaşında QİÇS-lə bağlı xəstəlik nəticəsində vəfat edib. Bundan sonra onun əsərləri kəskin olaraq bahalaşmağa başlayıb. Fotoqrafın ən bahalı fotoşəkili 2006-cı ildə 643,2 min dollara satılan Endi Uorholun portretidir.


Müəllif:

Oxşar xəbərlər